Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, əməliyyatın planlaşdırılması zamanı bu ssenarinin qarşısının bölgədə ABŞ qüvvələrinin daha əvvəl yerləşdirilməsi ilə alına biləcəyi müzakirə olunub. İddialara görə, bu addım İranın hərəkətlərinin və mühüm dəniz marşrutunun bağlanmasının qarşısını ala bilərdi.
CNN qeyd edib ki, gəmiçiliyin faktiki məhdudlaşdırılması səbəbindən bir çox neft tankerləri vəziyyətin gərginləşməsindən ehtiyat edərək hazırda boğazdan keçməkdən yayınırlar.
Hörmüz boğazı neft və qaz daşınması baxımından dünyanın ən mühüm marşrutlarından biridir və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının əhəmiyyətli hissəsi buradan keçir.
Sevinc Əliyeva
Ordu.az