Ermənistan MN Rusiyadan alınan silahların siyahısını gizlədir – Nazirlikdən imtina

2026/04/1777014468.jpg
Oxunub: 380     11:14     24 Aprel 2026    
“2026-cı il aprelin 18-də “Ermənistan Rusiyadan silah alacaq: görəsən, KTMT çərçivəsində belə imkandan da istifadə edəcəyikmi?” başlıqlı məqalə dərc etmişdik. Məqalənin əsasında Nikol Paşinyanın jurnalistlərlə brifinqdə verdiyi açıqlama dayanırdı: “Əvvəllər əldə olunmuş hərbi-texniki razılaşmaları həyata keçirmək barədə razılığımız var”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Müdafiə Nazirliyi Rusiyadan silah alınması barədə” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, həmin gün yazılı sorğunu Ermənistan Müdafiə Nazirliyinə göndərib.

“Sorğuya jurnalistin Rusiyadan silah alınması ilə bağlı suala Paşinyanın cavabı da daxil edilib.

Sorğumuzda biz həmçinin Ermənistanın müdafiə naziri Suren Papikyanın 2025-ci ildə jurnalistlərlə görüşdə verdiyi bəyanatı da xatırlatmışdıq. O bildirmişdi ki, “Ermənistan və Rusiya Federasiyasının maliyyə nazirlikləri arasında razılıq əldə olunub ki, bizim tərəfdən ödənilmiş məbləğ dövlətlərarası borcdan çıxılsın”.

Yəni Suren Papikyanın rəhbərlik etdiyi qurumdan aydınlaşdırmağa çalışmışıq ki, Nikol Paşinyan hansı razılaşmadan danışır, hansı müqavilədən söhbət gedir, o nə vaxt imzalanıb və hansı dəyərə malikdir, Rusiyadan hansı silahlanma və ya sistemi almağa hazırlaşırıq, söhbət “Tor-M2MK” sistemindən gedirmi?”, - deyə müəllif bildirib.

Məqalədə qeyd edilib ki, 5 günlük müddətdə Ermənistan Müdafiə Nazirliyi cavab məktubu göndərib.

“Məktubda bizim tələb etdiyimiz məlumatın təqdim edilməsindən imtina olunduğu bildirilir və əsas kimi Ermənistanın “İnformasiya azadlığı haqqında” qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi, Ermənistan hökumətinin 2024-cü il yanvarın 11-i tarixli N53-N qərarının 15-ci bəndi, eləcə də Ermənistan müdafiə nazirinin 2024-cü il mayın 16-sı tarixli “Ermənistan Müdafiə Nazirliyi sistemində məxfiləşdirilməli məlumatların genişləndirilmiş idarədaxili siyahısının təsdiq edilməsi haqqında” N797-L əmrinə əlavənin 159-cu, 171-ci və 172-ci bəndlərinin tələbləri göstərilir.

Böyük mənada, Suren Papikyanın rəhbərlik etdiyi qurum Nikol Paşinyanın bəyanatını təkzib etmir.

Əlavə edək ki, daha əvvəl Suren Papikyan Paşinyanın vəd etdiyi silahların qiymət etiketləri barədə məlumat verməkdən, həmçinin Rusiya Federasiyasından başqa hansı ölkələrin 2018-ci ildən əvvəl Ermənistana silah satdığını və hansı ölkələrin sonradan imtina etdiyini, zavod istehsalı olan D-30-un haradan gətirildiyini açıqlamaqdan imtina etmişdi. Qarşıda mayın 28-də Respublika meydanında son illərdə alınmış silahların nümayişi var. Gözləyək görək, onların arasında Rusiya istehsalı hər hansı silah növü və ya sistem olacaqmı?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin