Tofiq Musayev BMT-nin barışıq sazişləri haqqında konvensiyasını imzalayıb

2026/04/1776961721.jpg
Oxunub: 530     20:03     23 Aprel 2026    
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - məlumatda bildirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tofiq-Musayev   BMT  


Bizi "telegram"da izləyin