Ordu.az xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antoniu Koşta “X” sosial şəbəkəsində yazıb.
“Vəd edilmişdi, yerinə yetirildi, həyata keçirildi.
Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üzrə Aİ strategiyası iki sütuna əsaslanır: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması.
Bu gün hər iki istiqamətdə irəliləyiş əldə etdik:
Ukraynaya 2026-2027-ci illər üçün maliyyə və hərbi dəstəyi təmin edən 90 milyard avro kredit ayrılması.
Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulu, bu da onun müharibə aparmaq imkanlarını azaldır.
Ukraynaya göstərilən dəstək məsələsində Avropa qətiyyətli, vahid və sarsılmazdır”, - deyə Koşta bildirib.
Sevinc Əliyeva
Ordu.az