Ermənistan məhkəməsi radikal erməni din xadimini həbsdə saxlayıb

2025/06/1749457088.jpg
Oxunub: 405     17:35     23 Aprel 2026    
Ermənistan məhkəməsi terror aktları hazırlamaqda və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunan “Müqəddəs mübarizə” hərəkatının lideri, radikal erməni din xadimi, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha iki ay uzadıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hakim qərarı oxuyarkən qeyd edib ki, işin istintaqı ilə bağlı məhkəmə tərəfindən əvvəllər səsləndirilən risklər hələ də qalmaqdadır. Bura istintaqa maneçilik törətmə və yeni cinayətlər törətmə ehtimalları da daxildir. “Hüquqi əsaslar dəyişməyib və alternativ qətimkan tədbirləri müvafiq davranışı təmin etmək iqtidarında deyil, bu səbəbdən həbs qətimkan tədbiri iki ay müddətinə uzadılır”, - deyə erməni hakim qərarı diqqətə çatdırıb.

Xatırladaq ki, erməni arxiyepiskop Baqrat və “Müqəddəs mübarizə” hərəkatının ondan çox tərəfdarı 2025-ci il iyunun 25-də terror aktları hazırlamaq və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə saxlanılıblar. İyunun 26-da məhkəmənin qərarı ilə onlar iki ay müddətinə həbs ediliblər. Daha sonra həbs müddəti bir neçə dəfə uzadılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalstanyan  


Bizi "telegram"da izləyin