Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələrdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyanın rəhbərliyi ilə iştirak edib.
“Məsləhətləşmələr zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın gedişi və qarşıdakı vəzifələr müzakirə olunub, regional və beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə sahəsində həyata keçirilən islahatlar və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Tərəflər son illərdə əməkdaşlığın inkişafını yüksək qiymətləndiriblər. Məsləhətləşmələrin nəticəsi olaraq üç ölkənin beynəlxalq hərbi əməkdaşlığa cavabdeh bölmələrinin rəhbərləri müdafiə sahəsində Ermənistan-Kipr ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığın illik proqramlarını imzalayıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az