“Al Jazeera”: İranın sürgündəki şahının oğlu Rza Pəhləvinin üzərinə Berlində qırmızı maddə töküblər

2026/01/1767981807.jpg
Oxunub: 431     16:31     23 Aprel 2026    
Berlində etirazçı İranın sürgündəki vəliəhdi Rza Pəhləvinin üzərinə qırmızı maddə töküb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Televiziya kanalı həmçinin Pəhləvinin pencəyinin arxa hissəsinin qırmızı maddəyə boyandığını əks etdirən görüntülər yayımlayıb.

Hadisədən sonra Pəhləvi mühafizəçilərin əhatəsində dayanıb, daha sonra isə avtomobilə əyləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rza-Pəhləvi   Berlin  


Bizi "telegram"da izləyin