Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Belə qərarlar hələ qəbul olunmayıb, lakin Rusiya hər sammitdə müvafiq səviyyədə iştirak edib. G20 çərçivəsində iş davam edir”, - deyə Peskov brifinq zamanı bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirmişdi ki, ölkə ABŞ-də keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etmək üçün dəvət olunub. O qeyd edib ki, hazırda görüşdə Rusiyanı kimin təmsil edəcəyi bəlli deyil.
Rusiyanın G20 şerpası Svetlana Lukaş 2025-ci ilin dekabrında açıqlamışdı ki, ABŞ Vladimir Putinin sammitdə mümkün iştirakına hazırlaşır.
Sevinc Əliyeva
Ordu.az