Ordu.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Yuray Blanar bildirib.
“Mən Brüsseldə Avropa İttifaqı yanında daimi nümayəndəmizə tapşırdım ki, əgər neft tədarükləri fasiləsiz və razılaşdırılmış həcmdə davam edərsə, Rusiyaya qarşı Avropa İttifaqının 20-ci sanksiyalar paketinin qəbulunun yazılı prosedurunu bloklamasın”, - deyə o, “Facebook” səhifəsində yazıb.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 20-ci sanksiyalar paketini, eləcə də Ukrayna üçün 90 milyard avro maliyyələşdirməni təsdiqləyiblər. Qərarların yekun təsdiqinin Avropa İttifaqı xarici işlər nazirləri səviyyəsində yazılı prosedurla baş tutacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az