Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, halbuki buna qədər o, artıq partiyalarının seçki siyahısını açıqlamışdı.
Səbəblər barədə danışan Hovik Ağazaryan nəşrə bildirib: “Səbəb son siyasi inkişaflardır. Bir çox partiyalar bu və ya digər qüvvələrlə birləşdi və ya müxalifət düşərgəsinin səslərini parçalamamaq məqsədilə iştirakdan imtina etdi. Biz də 4 faiz həddini keçməyin riskli olduğunu nəzərə alaraq qərara gəldik ki, müxalifət səslərinin parçalanmasına biz də töhfə verməyək”.
Hər hansı başqa qüvvə ilə birləşmək niyyətinin olub-olmaması barədə suala Ağazaryan mənfi cavab verib: “Biz müxalifət düşərgəsində vahid cəbhənin formalaşdırılması prosesində işimizi davam etdirəcəyik. Gələcəkdə cəbhə formalaşdırmaq mümkün olmasa, seçicilərimizə səslərini müxalifət düşərgəsindəki hansısa qüvvəyə verməyə çağıracağıq, amma konkret olaraq hər hansı bir şəxsə yox”.
Alpər Mövludoğlu
Ordu.az