Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı 44 günlük müharibədə itkin düşmüş erməni hərbi qulluqçu Varujan İsrayelyanın anası Asya Danielyan deyib.
O bildirib ki, çox həyəcanlıdır, valideynlər üçün hər dəfə böyük, təsvirolunmaz ağrıları barədə danışmaq çox çətindir.
“Mən çörək, torpaq, pul, ev istəmirəm. Biz uşaqlarımızı tələb edirik, onların taleyini açıqlayın, onları evə qaytarın, bəsdir o yumşaq kreslolarda oturdunuz, qalxın və uşaqlarımızı evə qaytarın”, - deyə o bildirib.
Xatırladaq ki, məhv edilmiş və itkin düşmüş erməni hərbçilərin yaxınları Ermənistan parlamentinin binası qarşısında aksiya keçirirlər, onlar həmçinin müvəqqəti olaraq İrəvanın Bağramyan prospektini qismən bağlayıblar.
Onlar 44 günlük müharibənin nəticələri ilə bağlı parlamentin istintaq komissiyasının hesabatı ətrafında parlamentin böyük zalında dinləmələr keçirilməsini tələb edirlər. Lakin Ermənistan parlamentinin rəhbərliyi onlara kiçik zal ayırıb, buna görə də erməni valideynlər narazılıqlarını ifadə etmək üçün aksiya keçirirlər.
Alpər Mövludoğlu
Ordu.az