Slovakiyaya “Drujba” boru kəməri ilə neft tədarükü bərpa olunub

2026/04/1776944979.jpg
Oxunub: 451     15:48     23 Aprel 2026    
Üç aylıq fasilədən sonra “Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub.

Ordu.az xəbər verir ki, bu barədə ČTK agentliyi ölkənin iqtisadiyyat naziri Denis Sakovanın sözlərinə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, tədarük 2026-cı il aprelin 23-də yerli vaxtla saat 02:00-dan sonra (Moskva vaxtı ilə saat 03:00-da) bərpa olunub. Xam neft ölkəyə Ukrayna ilə razılaşdırılmış qrafikə uyğun çatdırılır.

Belarusun dövlət “Belneftekhim” konserni də Belarus ərazisi ilə Macarıstan və Slovakiyaya neft tranzitinin bərpasını təsdiqləyib.

Daha əvvəl bildirilmişdi ki, neft axını boru kəmərinin müəyyən hissələri üzrə bərpa olunub və tərəflər tranzitin bərpası cədvəli üzrə razılığa gəliblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Drujba   Slovakiya  


Bizi "telegram"da izləyin