Paşinyanın keçmiş arvadının 15 epizod üzrə inzibati məsuliyyətə cəlb olunması tələb edilir

2025/05/1747384753.jpg
Oxunub: 358     15:45     23 Aprel 2026    
“Müstəqil müşahidəçi” alyansından 3 mühüm yenilik. 1. Alyans “Mənim Addımım” fondunun son aylar fəaliyyəti zamanı ehtimal edilən pozuntular aşkar edib və fondun icra orqanının rəhbəri Anna Hakopyanın 15 epizod üzrə inzibati məsuliyyətə cəlb olunması tələbi ilə İnzibati Məhkəməyə müraciət edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının təsisçisi Daniel İoannisyan yazıb.

“2. Alyans aprelin 19-da Gümrüdə və 23-də İrəvanda keçirilən konsertləri “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat tədbiri hesab edir. Onların xərcləri Partiyalar haqqında qanuna uyğun aparılmalı idi. Halbuki həmin konsertlərin maliyyələşdirilməsi bu qanunun məhdudiyyətlərinə uyğun gəlmir. Biz Korrupsiyanın qarşısının alınması komissiyasına müraciət edirik ki, buna hüquqi qiymət verilsin.

Alyans hesab edir ki, aprelin 23-də məşəlli yürüş də Daşnaksütunun (“Hayastan” blokunun) partiya tədbiridir və onun maliyyələşdirilməsi də partiyalar qanunvericiliyinin tənzimləmələrinə uyğun olmalıdır. Bu hissə üzrə də faktları araşdırırıq ki, bəlkə Korrupsiyanın qarşısının alınması komissiyasına müraciət etdik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin