Paşinyan: “Ermənistanın birinci prezidenti Daşnaksütunun ən uğursuz nümayəndəsidir”

2026/04/1776944901.jpg
Oxunub: 341     15:39     23 Aprel 2026    
“Məlum oldu ki, Levon Ter-Petrosyan (Ermənistanın birinci prezidenti-red.) Daşnaksütunun xalis nümayəndəsidir, qalan hər şey sadəcə teatr idi, üstəlik ən uğursuz və ən bacarıqsız daşnakdır”,

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi”nin qarşıdakı seçkilərdə ümumiyyətlə heç bir şansının olmadığını deyib.

Paşinyanın sözlərinə görə, bəzi qüvvələr, yəni Daşnaksütun, “Çiçəklənən Ermənistan” partiyası və Ermənistan Respublikaçılar Partiyası qisas almaq və “2006-2007-ci illərin koalisiyasını bərpa etmək” istəyirlər.

Paşinyan təkrar edib ki, bu seçkilər erməni xalqı üçün keçmişdəkiləri siyasi meydandan “qovmaq” baxımından müstəsna şansdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Petrosyan  


Bizi "telegram"da izləyin