Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

2025/04/1743755926.jpg
Oxunub: 425     15:20     23 Aprel 2026    
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paost paylaşıb.

"23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq. Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq. Bayramınız mübarək!" - paylaşımda qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin