Erməni hərbi qulluqçunun atası: “Paşinyan İlham Əliyevə çox şey vəd edib”

2026/04/1776942834.jpg
Oxunub: 306     15:11     23 Aprel 2026    
“Mən Gorusdan İrəvana gəlmişəm ki, övladını itirmiş valideynlərin çağırışına qoşulum. Düzdür, əmin deyildim ki, bir daha aldadılmayacağıq. Bir daha əmin olduq ki, bugünkü Türkiyəyə tabe hakimiyyət tərəfindən aldadılmışıq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin binası qarşısında itkin düşmüş erməni hərbçilərin etiraz aksiyası zamanı 44 günlük müharibədə məhv edilmiş erməni hərbçi Harutyun Xaçatryanın atası Artavazd Xaçatryan bildirib.

“2020-ci ildə mən qardaşımla birlikdə Moskvadan gəlib müharibədə iştirak etmişik. Bu günə qədər Allaha şükür edirik ki, oğullarını, qardaşlarını, atalarını tapıb torpağa tapşıranlar var. Amma elə insanlar da var ki, bu günə qədər bilmirlər oğlu sağdır, yoxsa ölüb, suallar isə cavabsız qalıb.

Bugünkü hakimiyyətin saxta sülhünə gəlincə, Türkiyəyə tabe olan bu hakimiyyət sülh gətirməyib, bu, sadəcə müvəqqəti atəşkəsdir. Çünki Ərdoğana və İlham Əliyevə çox şey vəd edib.

Mən bir az həyəcanlıyam, hətta bədənim əsir. Sözümü bugünkü bütün polislərə demək istəyirəm: Nikol Paşinyan sizə maaşı atasının cibindən vermir, postlarda bu qədər əsgər yoxdur, nə qədər polis İrəvan küçələrindədir. Başa düşürük, ailə saxlayırsınız, uşaq böyüdürsünüz, amma ailə saxlamaqdan əvvəl ölkəni qorumalıyıq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin