Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bəyanat mətnini kimin dəyişdirdiyi barədə sualı cavablandırarkən bildirib.
Paşinyan qeyd edib ki, bununla bağlı heç nə deyə bilməz. “Bəlkə də, əgər nəyisə aydınlaşdırmağa ehtiyac olsaydı, bəli, bunu öyrənə bilərdim”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Serj Sarkisyan bildirmişdi ki, səkkiz il əvvəl istefa mətnində bir cümlə yazmışdı, lakin həmin mətnin faydalananlarından birinin redaktəsi və onun “and içmiş” dostlarının sonrakı manipulyasiyaları nəticəsində bunu onun üçün damğaya çevirməyə çalışıblar.
Alpər Mövludoğlu
Ordu.az