Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək əl-Məzrui İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Görüş zamanı Yaxın Şərqdəki son inkişaflarla yanaşı, BƏƏ ilə İtaliya arasında müdafiə tərəfdaşlığını gücləndirmək imkanları və hərbi sahələrdə əməkdaşlıq müzakirə olunub.
Mövcud təhlükəsizlik çağırışlarını nəzərdən keçirən Məzrui və Krosetto təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləyəcək koordinasiya və ortaq əməkdaşlığın davam etdirilməsinin vacibliyini müzakirə ediblər.
Məzrui və Krosetto arasında keçirilən görüşdə həmçinin BƏƏ ilə İtaliya münasibətlərini daha da irəli aparmağa töhfə verəcək hərbi sahələrdə koordinasiyanı gücləndirməyi hədəfləyən müdafiə əməkdaşlığı sazişi imzalanıb.
Sevinc Əliyeva
Ordu.az