Ordu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları və Rusiya “Telegram” kanalları məlumat yayıb.
Mənbələrin məlumatına görə, Novokuybışevskdə sənaye müəssisələri istiqamətinə endirilən zərbələr nəticəsində yaralananlar var və bir nəfər ölüb. Samarada çoxmənzilli binanın damı və yuxarı iki mərtəbəsi zədələnib. Həmçinin zədələnmiş mənzillər və avtomobillər barədə də məlumat verilir.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev bildirib ki, pilotsuz uçuş aparatının qalıqları yaşayış binasının üzərinə düşüb. Onun sözlərinə görə, zərərçəkənlər var və bir nəfər xəstəxanaya yerləşdirilib.
Sevinc Əliyeva
Ordu.az