“Past”: Ermənistan Paşinyanın hakimiyyəti dövründə heç də demokratiya qalası deyil

2026/04/1776924326.jpg
Oxunub: 495     14:55     23 Aprel 2026    
“Amnesty International” hüquq müdafiə təşkilatı 2025-ci il üzrə illik hesabatını dərc edib və Nikol Paşinyanın Ermənistanın “demokratiya qalası” olması barədə bəyanatlarını ümumiyyətlə nəzərə almadan Ermənistan polisini tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyana beynəlxalq təşkilatlardan növbəti sillə” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, üstəlik, qurum qeyd edir ki, 2024-cü ildə qəbul edilən yeni qanun daxil olmaqla polis islahatları etiraz aksiyaları zamanı qeyri-proporsional güc tətbiqi və polisin hesabatlılığının olmaması ilə bağlı narahatlıqları aradan qaldıra bilməyib.

“Hesabatda bildirilir ki, polisin qanunsuz güc tətbiqinə dair kifayət qədər sübutlara baxmayaraq, cinayət icraatları yalnız etirazçılara qarşı başlanıb, bir nəfər də polis məsuliyyətə cəlb edilməyib. “Amnesty International” həmçinin eyham vurur ki, Samvel Karapetyanın həbsinin İrəvanla Moskva arasındakı münasibətlə əlaqəsi var. Hesabatda deyilir: “Ermənistanın xarici siyasətinin Qərbə doğru dəyişməsi və Rusiya ilə ənənəvi əlaqələri azaltmaq cəhdləri siyasi parçalanma xəttinə çevrildi, bu isə bütün ölkə boyu dezinformasiya kampaniyalarını və nifrət nitqini təşviq etdi. İyunda hakimiyyət dövlət çevrilişi cəhdinin qarşısını aldığını bəyan etdi və Rusiya ilə əlaqəsi olan nüfuzlu iş adamını həbs etdi”.

Əslində, növbəti beynəlxalq qurum Paşinyanın “səylərini” qətiyyən yüksək qiymətləndirmir və qeyd edir ki, Ermənistan onun hakimiyyəti dövründə heç də demokratiya qalası deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin