Erməni ekspert: “Ermənistan XİN-i İsraili müstəqillik günü münasibətilə belə isti şəkildə təbrik etməyə nə vadar etdi?”

2026/04/1775889446.jpg
Oxunub: 525     15:08     23 Aprel 2026    
“Başa düşmədənmi, yoxsa anlayaraqmı? Hər iki variant pisdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan bildirib.

“Ermənistan Xarici İşlər Nazirliyini İsraili müstəqillik günü münasibətilə belə isti şəkildə təbrik etməyə nə vadar etdi? Vəziyyəti anlamamaq, yoxsa əksinə, hər şeyi yaxşı başa düşmək?

Dostumuz, ən mühüm qonşularımızdan biri olan İran faktiki olaraq İsraillə müharibə vəziyyətindədir. O İran ki, strateji baxımdan ən mühüm yollarımızdan biri, bəlkə də hazırda ən vacibi onun ərazisindən keçir. O İran ki, Zəngəzurun toxunulmazlığı onun üzərində qurulmuşdu və indi də qurulub. Ermənistan hazırda bu hakimiyyətin simasında həm qonşu, həm də regional dövlət kimi özünü yanlış aparır.

Yeri gəlmişkən, Ermənistanın bu isti davranışı İrandan başqa, açıq şəkildə Türkiyəni də qıcıqlandıracaq. Buna görə də hansısa formada cavab görsəniz, təəccüblənməyin”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin