İlham Əliyev: "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb"

2026/04/HGgHe-1776872716.jpg
Oxunub: 486     19:41     22 Aprel 2026    
Prezidenti İlham Əliyev bildirib ki, Latviya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq", - paylaşımda vurğulanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin