“Nikol Baydenin qocalan sinəsi üstündə yatan oğlan idi, bir neçə ay sonra dedi ki, Trampın canı sağ olsun” - Aşotyan

2026/04/1775625680.jpg
Oxunub: 327     17:13     23 Aprel 2026    
“Biz müxalif tərəfdaşlarımızdan iki şey istəyirik. Birincisi, bizə toxunmasınlar, ikincisi isə parlamentə keçsinlər. Toxunmaqda heç bir rasional məqam yoxdur, bu, bizim fikrimizcə irrasionaldır, çünki ilk növbədə onların öz maraqlarına ziddir. Mənim ümidim budur ki, onlarda siyasi komanda təbliğat komandasından daha təsirli olacaq”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bəzi müxalif dairələrin Respublikaçılar Partiyasını hədəfə almasına münasibət bildirərkən deyib.

Daha sonra Ermənistandakı daxili siyasi proseslər və Nikol Paşinyanın addımları barədə danışan Armen Aşotyan qeyd edib ki, Nikol Paşinyan hər hansı dəyər sistemi və siyasi onurğaya malik olmadığını göstərdiyi üçün istənilən şəraitə uyğunlaşmağa çalışır.

“Bir neçə məqamı xatırladım. 2017-ci ildə “Yelk” fraksiyasının rəhbəri idi, Edmonun əlindən Edmonun Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı yazdığı əsaslandırmaları almışdı ki, əsas məruzəçi özü olsun. Sonra baş nazir oldu, belə demək mümkünsə, rus “xətti” ilə işləyən baş nazirə çevrildi.

2020-ci ilin 44 günlük müharibəsindən sonra onun siyasi mövcudluğu böyük ölçüdə Rusiyadan asılı idi, getdi Vladimir Vladimiroviçlə üçtərəfli sənəd imzaladı. Sonra düşündü ki, ruslar Ukraynada zəifləyib, getdi tərəf dəyişdi. İndi görür ki, vəziyyət bir qədər başqadır, guya mane olan bizik, Avrasiya İqtisadi Birliyini dağıdan bizik. Onun prinsipləri yoxdur. Geosiyasi nəyinsə dəyişəcəyinə və Nikolun qaçacağına ümid bağlamağı unudun. Nikol erməni xalqının əli ilə getməlidir, qalan mühitlər sadəcə mühitdir, günəş də ola bilər, yağış da.

Bu, bütün administrasiyası ilə Baydenin qoynunda gecələr yatan oğlan idi. Başını Baydenin qocalan sinəsinə qoyurdu. Nə oldu? Bir neçə ay sonra döndü dedi ki, Trampın canı sağ olsun”, - deyə Aşotyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Paşinyan  


Bizi "telegram"da izləyin