Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Vladimir Yevseyev deyib.
Onun sözlərinə görə, Pakistan platforması bu halda neytral məkan rolunu oynayır və burada danışıqlar aparmaqla Vaşinqton seçkiöncəsi dövrdə imic zərbələrindən yayınmağa çalışır, Tehran isə üzərinə təzyiqləri və birtərəfli tələbləri zəiflətməyə cəhd edir. Lakin onun fikrincə, ABŞ maksimum plan xətti ilə hərəkət etməkdə davam edir, İran isə bunu rədd edir və müqaviməti davam etdirməyə çalışır, bu çərçivədə çəkindirici addımları ilə ABŞ-ni daha yumşaq mövqelərə sövq etməyə çalışır.
“Bu dialoqun uğuru tərəflərin aydın öhdəliklər götürərək balanslaşdırılmış razılaşmaya gəlib-gəlməyəcəyindən asılıdır. Əgər danışıqlar müsbət məcrada davam etsə, gərginliyin müvəqqəti dondurulmasının şahidi olacağıq. Bununla belə, istənilən yanlış addım və ya təxribat bu kövrək prosesi asanlıqla iflasa uğrada, onu diplomatik dalana çevirə bilər”, - deyə analitik bildirib.
Lakin hazırkı mərhələdə, onun qiymətləndirməsinə görə, danışıqların uğur qazanmaq ehtimalı çox aşağıdır.
Analitik hesab edir ki, Cənubi Qafqaz üçün bu inkişaflar taleyüklü əhəmiyyət daşıyır, çünki region İran ətrafında yaranmış vəziyyətin təsirini birbaşa hiss edir.
“ABŞ-İran qarşıdurmasının zəifləməsi Cənubi Qafqazda, xüsusilə də onlardan birincisinin Qərb və ABŞ prezidentinin administrasiyası ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın isə İsraillə yaxın olduğu Ermənistan və Azərbaycan timsalında siyasi gərginliyi yumşalda bilər. Gərginliyin azalması təbii olaraq regionun böyük güclərin toqquşduğu “ikinci dolayı cəbhə”yə çevrilməsi təhlükəsini azaldacaq ki, bu da Ermənistanın təhlükəsizliyi üçün son dərəcə vacibdir. Gərginliyin azalması həm də müharibənin coğrafiyasının genişlənməməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə ekspert bildirib.
Onun fikrincə, Tehran və Vaşinqton arasında mümkün razılaşmalar regiondakı marşrutlar məsələsində qüvvələr nisbətini yenidən formalaşdıra bilər.
“Yekun olaraq demək lazımdır ki, İslamabadda təkcə Yaxın Şərqin deyil, həm də ona bitişik bölgələrin sabahkı mənzərəsi müəyyənləşir. Cənubi Qafqaz üçün bu, ya sabitləşmə imkanıdır, ya da yeni geosiyasi sınaqların başlanğıcı. Hər şey tərəflərin həm Vaşinqtonu, həm də Tehranı qane edən razılaşmalara nə dərəcədə nail ola bilməsindən asılıdır. Bu, təbii ki, çətin vəzifədir, amma yalnız bu format müəyyən sabitlik təmin edə bilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az