Ordu.az xəbər verir ki, bunu erməni tarixçi, siyasi şərhçi Qaqik Hambaryan deyib.
“Mən Gümrüdə yaşayıram, Gümrünün Vardanants meydanının ölçülərini də, oraya nə qədər adamın sığa biləcəyini də çox yaxşı bilirəm. “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları videoları elə rakurslardan yayırdılar ki, meydan guya insanla doludur. Amma mən kiçik bir video paylaşdım ki, reallıq görünsün və addımçı xəyanətkar dəstə sarsıntıya düşdü. Elə həmin Paşinyanın iştirakı ilə keçirilən “Festivalar”, Tatayın konserti, “Reincarnation” qrupunun konserti, Samvel Karapetyanın təşkil etdiyi konsert zamanı Vardanants meydanı dolu idi, amma bazar günü adamlar xalçanın yarısına qədər dayanmışdı. Niyə üstümə hücum edirsiniz, nədən inciyirsiniz, siz doldurmuşdunuzsa, mən də dedim ki, yox. 60 faiz doldurmuşdunuzsa, deyirəm ki, 60 faiz dolu idi. Bir məsələ aydındır: Vardanants meydanını doldurmaq cəhdi yenə uğursuz oldu.
Baş verənlər Nikol üçün isterikaya düşmək səbəbi idi. Səhərdən meydanın giriş-çıxış yollarını bağlamışdılar, guya meydan dolu olacaq və nəqliyyat da iflic olacaq. Bilmirəm, əsəb sarsıntısından sonra vəzifədən çıxarmalar olacaq, ya yox, amma fakt budur ki, meydan yarıboş idi”, - deyə o qeyd edib.
Hambaryan bildirib ki, onlarla gələn insanların çoxunu gümrülülər restoranlarda görüblər.
“Görünür düşünüblər ki, meydanda iynə atmağa yer olmayacaq, ona görə gəzməyə gediblər. Siz düzgün sual verdiniz: onların seçiciləri harada idi? Rijkov küçəsində onların tərəfdarı olan bir qadın tamaşa qurmuşdu, Nikoldan sülhə sahib çıxmağı tələb edirdi. Həmin qadın əvvəlki seçkilərdə başqa bir namizədi dəstəkləyirdi. Gümrü din xadimi Mikayelin həbsindən tutumuş merin həbsinə qədər onun Gümrüyə qarşı etdiyi bütün vəhşiliklərə görə Nikola növbəti silləni vurdu.
Unutmayaq ki, yaxın vaxtlarda yayılan, azərbaycanlıların Ermənistanda gəzintilərinə dair videolar Şirak vilayətindən paylaşılmışdı və onlar oranı öz tarixi torpaqları hesab edirlər. Əgər vətəndaşlarımız bilmirsə, deyim ki, Azərbaycanda artıq Ermənistana gəlmək istəyən azərbaycanlıların siyahıya alınması başa çatdırılır”, - deyə o qeyd edib.
Hambaryan vurğulayıb ki, TRIPP elə həmin Zəngəzur dəhlizidir.
“Bu layihə həyata keçsə, biz həmin yola nəzarət etməyəcəyik. Dünyanın hər yerində sərhəd-keçid məntəqələrində həmin ölkənin sərhədçiləri dayanır, yalnız Ermənistanda Nikol insanları ələ salır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az