“Past”: Qərb Paşinyanın mümkün məğlubiyyətindən narahatdır

2026/04/1776849243.jpg
Oxunub: 498     16:21     23 Aprel 2026    
Paşinyan hakimiyyəti müxalifətə qarşı mübarizə aparmaq üçün hətta amerikalı senatorları da prosesə cəlb edib ki, sosial şəbəkələrdən seçki dövründə hakimiyyətin reytinqinə ciddi zərbə vuran müxtəlif müxalif səhifələr, istifadəçilər və qruplar silinsin.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qərb Paşinyanın mümkün məğlubiyyətindən narahatdır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, senatorlar Canne Şahin və Tom Tillis “Meta” və “Alphabet” şirkətlərinə məktub göndərərək, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyasının qarşısının alınması üçün kifayət qədər resurs ayrılmasına çağırıblar.

“Senatorlar, hətta Moldovadakı seçkilərin təcrübəsini xatırladaraq bildirirlər ki, “Nikol Paşinyan qeyd edib ki, müəyyən siyasi partiyalara dəstək vermək üçün “Rusiyadan olan insanlar” təşviq olunur”.

“Ermənistanda hörmət edilən vətəndaş cəmiyyəti təşkilatı olan “Məlumatlı Vətəndaşlar Birliyi” “Meta” platformalarında qarşıdakı seçkilərlə bağlı manipulyativ məzmun yayan təxminən yüz səhifə müəyyən edib. Təşkilat həmçinin koordinasiyalı saxta davranış halları aşkarlayıb ki, məlumatlara görə, bu fəaliyyət rusiyalı erməni oliqarx tərəfindən yönləndirilir”, - deyə məktub müəllifləri Mark Zükerberqə yazıblar.

Onlar xatırladıblar ki, həmin şəxsi, kimliyini açıqlamadan, Trampın ilk administrasiyası Konqresə təqdim etdiyi hesabatda “Rusiya rejimi ilə yaxınlığına görə Rusiya Federasiyasında mühüm xarici siyasi fiqur [və ya] oliqarx” kimi təqdim etmişdi”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, aydındır ki, senatorlar iş adamı Samvel Karapetyanı nəzərdə tuturlar.

“Onun təbliğatı artıq hazırkı hakimiyyət və ona xidmət edən strukturlar arasında təşviş yaradıb.

Senatorlar hesab edirlər ki, “seçkilər Ermənistanın gələcəyi üçün həlledici əhəmiyyət daşıyır, çünki onlar regional sülh təşəbbüslərinin, eləcə də kommunikasiya layihələrinin taleyini müəyyən edə bilər. Buraya sülh danışıqlarının əsas komponenti olan TRIPP (Zəngəzur dəhlizi-red.) də daxildir”.

Paşinyan hakimiyyətinin seçkilərdə müxtəlif müxalif qüvvələri iştirak hüququndan məhrum edən, həmçinin sosial platformalardan minlərlə səhifəni sildirən qondarma “Moldova ssenarisi”ni işə salmaq niyyətində olduğu çoxdan məlum idi. Hakimiyyət özü də niyyətlərini gizlətmir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, lakin hətta amerikalı senatorları da qanunsuz istəklərini həyata keçirmək üçün bu işə cəlb edə bilmələri, görünür, Paşinyan hakimiyyətinin kifayət qədər “yaradıcı” olmasından xəbər verir.

“Qərb də Paşinyanın mümkün məğlubiyyətindən narahatdır və bu inkişafın qarşısını almaq üçün hər şeyi etməyə çalışır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Paşinyan  


Bizi "telegram"da izləyin