Paşinyan: "Arazdəyən-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq"

2026/04/1776257913.jpg
Oxunub: 344     12:18     22 Aprel 2026    
TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq.

Ordu.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

"Əminəm ki, biz 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Gümrüdən Türkiyəyə qədər və Arazdəyən-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin