Paşinyanın aparat rəhbəri Britaniya səfiri ilə görüşüb

2026/04/1776845986.jpg
Oxunub: 572     12:17     22 Aprel 2026    
Ermənistan Baş nazir aparatının rəhbəri Arayik Harutyunyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri Aleksandra Koulu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparatı məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Avropa Siyasi Birliyinin 8-ci sammitinə hazırlıq işlərinin gedişini müzakirə edərək, bunun Avropa ölkələri arasında siyasi dialoq və əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətini vurğulayıblar.

“Tərəflər Ermənistanla Birləşmiş Krallıq arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyib və yüksək səviyyəli davamlı dialoqun əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ermənistan  


Bizi "telegram"da izləyin