Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı prezidentlər iqtisadiyyat, yüksək texnologiyalar və süni zəka, kənd təsərrüfatı, təhsil və elm, eləcə də digər perspektivli sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
“Tərəflər beynəlxalq və regional platformalarda əməkdaşlığın davamlı möhkəmləndirilməsini də vacib hesab edib, çoxtərəfli formatlardan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıblar. Bu kontekstdə uyğun gündəliklərin irəli aparılması, eləcə də ümumi maraq doğuran məsələlərdə mövqelərin yaxınlaşdırılması iki ölkənin və daha geniş regional sabitliyin xeyrinə olduğu bildirilib.
Görüşün sonunda prezidentlər ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsini davam etdirməyə, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa hazır olduqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az