Əziz Ələkbərli: "Azərbaycanın yenidən yazılan tarixində erməni saxtakarlıqlarına yer yoxdur"

2023/03/78887-1678186163.jpg
Oxunub: 328     11:41     22 Aprel 2026    
Azərbaycanın yenidən yazılan tarixində erməni saxtakarlıqlarına yer yoxdur.

Ordu.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, erməni saxtakarlığı və uydurmalarında Cənubi Qafqazla Kiçik Asiyanın ermənilərə məxsus olduğu iddia edilib:

"Qədim mətnlər və klassik mənbələr əsasında bunun belə olmadığı təsdiqlənib. Bu, sovet və Qərb tarixşünaslarının illər boyu sırıdığı yalanların iflasıdır".

QAİ sədri qeyd edib ki, müstəqilliyini bərpa edən Azərbaycan öz tarixinə sahib çıxır və tarixini yenidən yazır:

"Bu tarixdə erməni saxtakarlığına və uydurmalarına yer yoxdur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əziz-Ələkbərli   Azərbaycan  


Bizi "telegram"da izləyin