ABŞ senatorları “Meta” və “Alphabet”ə müraciət edib: “Ermənistan parlament seçkilərinin nəticələri TRIPP layihəsinə mane ola bilər”

2026/04/1775807841.jpg
Oxunub: 605     10:58     22 Aprel 2026    
ABŞ senatorları Cin Şahin və Tom Tillis iki partiyanın dəstəklədiyi məktubla “Meta” və “Alphabet” şirkətlərinə müraciət edərək, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyasının yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyə çağırıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Müstəqil ekspertlərin müşahidələrinə görə, Rusiya Ermənistan seçkilərinə “Moldova ssenarisi” ilə təsir göstərməyə çalışır və bu məqsədə çatmaq üçün “Meta” platformalarından da istifadə edir.

Biz “Meta” və “Alphabet” şirkətlərinin diqqətinə çatdırırıq ki, Rusiya növbəti dəfə demokratiyaya zərbə vurmağa çalışır və bu dəfə hədəfdə Ermənistanın qarşıdan gələn seçkiləridir. Bu seçkilər regional sülh təşəbbüslərinin və nəqliyyat infrastrukturunun inkişaf proqramlarının, o cümlədən sülh danışıqlarının əsas komponenti olan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin taleyini müəyyən edəcək. Heç bir xarici dövlət Ermənistanın suveren qərarlarına təsir etməməlidir.

ABŞ Ermənistanın demokratik proseslərinə münasibətdə neytral qalmalı olsa da, xarici gücün erməni xalqına öz iradəsini qəbul etdirməyə çalışdığı faktına göz yuma bilmərik. Bu cəhdlər məhz Amerika platformaları vasitəsilə edilirsə, biz belə müdaxiləyə imkan verməməliyik. “Meta”nı Ermənistanda “azad və ədalətli seçkilər”in keçirilməsinə öz töhfəsini verməyə çağırırıq.

Biz “Alphabet” şirkətini də Ermənistan seçkiləri öncəsi Rusiya dezinformasiyasına qarşı kifayət qədər tədbirlər görməyə çağırırıq”, - deyə məktubda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin