Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar - FOTOLAR

2026/04/1776786975.jpg
Oxunub: 557     19:27     21 Aprel 2026    
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər. Görüş zamanı insan hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda şəxsi heyətə Ombudsmanın "916" Çağrı Mərkəzi barədə məlumat verilib, maarifləndirici broşürlər paylanılıb, həmçinin bir neçə hərbi qulluqçunun yazılı müraciətləri qəbul edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman-Aparatı   HHQ  


Bizi "telegram"da izləyin