“ARCA Savunma” Estoniyada sursat istehsalı müəssisəsi qurur

2026/04/1776786401.jpg
Oxunub: 608     19:46     21 Aprel 2026    
Avropanın ən böyük artilleriya sursatı istehsalçılarından “ARCA Savunma” Estoniyanın “Põhja-Kiviõli” müdafiə sənayesi parkında “ARCA Baltic” adlı böyükmiqyaslı sursat istehsalı müəssisəsi qurur.

Ordu.az xəbər verir ki, təxminən 300 milyon avro investisiya həcminə malik layihə çərçivəsində müəssisənin 2028-ci ildə istehsala başlaması və bölgədə 1000 nəfərə qədər məşğulluq yaratması hədəflənir.

Estoniyada açılan strateji müdafiə sənayesi hövzəsi tenderini qazanan Türk müdafiə sənayesi şirkəti “ARCA Savunma” ölkədə inteqrə edilmiş müəssisə qurulmasına hazırlaşır. Qurulacaq müəssisədə başda 155 mm artilleriya sursatı olmaqla müxtəlif çaplarda minaatan sursatları və 122 mm raketlərin istehsalı həyata keçiriləcək. Layihə yalnız istehsal xəttini deyil, infrastruktur, avadanlıq və sursat saxlama qabiliyyətlərini əhatə edən inteqrə edilmiş müəssisə kimi planlaşdırılır.

Bu çərçivədə ARCA-nın Türkiyədə hazırladığı tam inteqrə edilmiş istehsal modeli Avropaya daşınaraq xammaldan son məhsula qədər bütün proseslərin tək mərkəzdə idarə olunması hədəflənir.

Estoniya müdafiə ekosisteminə kritik töhfə

Estoniyanın müdafiə naziri Hanno Pevkur layihənin ölkə baxımından strateji əhəmiyyətinə diqqət çəkərək, iri çaplı sursat istehsalının Estoniyanın müdafiə qabiliyyətini və yerli sənaye infrastrukturunu gücləndirəcəyini vurğulayıb.

155 mm artilleriya sursatı

Razılaşma çərçivəsində Estoniya dövləti ehtiyac yarandığı halda istehsal ediləcək sursata birbaşa çıxış imkanına da sahib olacaq. Bu vəziyyət xüsusilə Avropada artan sursat tələbatı və ehtiyatların yenilənməsi ehtiyacı nəzərə alındıqda mühüm üstünlük kimi önə çıxır.

1,41 milyon kvadratmetrlik nəhəng sahə ayrılır

Layihə çərçivəsində Estoniya dövləti şirkətə “Põhja-Kiviõli” müdafiə sənayesi parkında 141 hektar böyüklüyündə torpaq sahəsi ayıracaq. Bu sahə təxminən 1 milyon 410 min kvadratmetrə bərabərdir.

ARCA-nın qlobal böyümə strategiyasının bir hissəsi

“ARCA Savunma”nın Estoniya yatırımı şirkətin istehsal gücünü Avropaya daşıma strategiyasının mühüm bir hissəsini təşkil edir. Şirkət xüsusilə 155 mm, 152 mm və 122 mm sursat istehsalında qlobal miqyasda artan tələbatı qarşılayacaq şəkildə mövqelənir.

“ARCA Baltic” istehsal müəssisəsi

2025-ci ildə Türkiyə müdafiə və aviasiya ixracında zirvəyə yüksələn ARCA bu investisiya ilə birlikdə istehsal strukturunu Türkiyə mərkəzli olmaqdan çıxararaq çoxqitəli modelə çevirir.

Tərəflər müəssisənin 2028-ci ildə istehsala başlaması üçün işlərini davam etdirir. Layihənin rəsmi imza mərasiminin isə Türkiyədə keçiriləcək “SAHA Expo 2026” çərçivəsində təşkil olunması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARCA-Savunma   Estoniya  


Bizi "telegram"da izləyin