Ermənistan parlamentinin sədri Fransa Senatının nümayəndə heyəti ilə görüşüb

2026/04/1776775213.jpg
Oxunub: 351     16:33     21 Aprel 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il aprelin 21-də Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlərin müzakirələrinin mərkəzində həm parlamentlərarası əməkdaşlıq və ikitərəfli əlaqələrə dair mövzular, həm də Ermənistan-Avropa İttifaqı münasibətləri, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi və regional inkişaflarla bağlı məsələlər olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin