Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Mütəxəssislərin müəmmalı şəkildə yoxa çıxmasına baxmayaraq, NASA bildirir ki, vəziyyət nəzarət altındadır və milli təhlükəsizlik üçün risk yaratmır. Bununla belə, agentlik aidiyyəti qurumlarla sıx işi davam etdirir və əldə olunan yeni məlumatları ardıcıl şəkildə açıqlayacağını vəd edir.
Vaşinqton FTB və federal qurumların iştirakı ilə həyata keçirilən kompleks yoxlamalar barədə açıqlama verib. İstintaq qrupu baş vermiş hadisələr arasında mümkün qarşılıqlı əlaqəni və sistemli qanunauyğunluqları üzə çıxarmalıdır.
“Fox News” yazır ki, 2022-ci ildən bu yana azı 11 alimin ölümü və ya itkin düşməsi halı qeydə alınıb. Onların böyük hissəsi nüvə fizikası, kosmik tədqiqatlar və anomal hadisələrin araşdırılması ilə bağlı olub. Ölüm hallarının bir qismi zorakı kimi tanınıb, digərləri isə açılmamış qalır. ABŞ Konqresində artıq bildirilib ki, bu epizodlarda “narahatedici və potensial sistemli hallar” ola bilər.
Sevinc Əliyeva
Ordu.az