ABŞ ordusu İranla bağlı daha bir gəmini saxlayıb - VİDEO

2026/04/1775835700.jpg
Oxunub: 456     16:06     21 Aprel 2026    
Amerikalı hərbçilər ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında olan sularda “Tifani” adlı tankeri ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun “X” səhifəsində məlumat yayılıb.

“Bu gecə ABŞ Silahlı Qüvvələri heç bir insident olmadan sanksiya altında olan, dövlət mənsubiyyəti göstərilməyən “M/T Tifani” tankerini saxlayıb, yoxlama aparıb və gəminin göyərtəsinə qalxıb”,- deyə Pentaqonun "X" sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunub.

Qurum vurğulayıb ki, ABŞ hərbçiləri Vaşinqtonun qeyri-qanuni hesab etdiyi və İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Gəmi  


Bizi "telegram"da izləyin