Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, “Altınay Savunma Teknolojileri” 2025-ci il maliyyə nəticələrini və gələcək dövrə dair strateji vizyonunu təşkil etdiyi analitik toplantısında paylaşıb.
“Altınay Savunma Teknolojileri” 2025-ci ildə yüksək əlavə dəyərli layihələri və texnologiya istehsal edən qlobal marka vizyonu ilə böyüməsini davam etdirib.
Toplantıda önə çıxan başlıqlar
Sərmayəçilər, analitiklər və tərəfdaşların iştirakı ilə keçirilən qiymətləndirmə toplantısında şirkətin maliyyə göstəriciləri, davam edən AR-GE fəaliyyətləri və beynəlxalq bazardakı mövqeyi paylaşılıb.
Şirkətin yalnız sistem istehsalçısı deyil, müdafiə ekosisteminə istiqamət verən mühəndislik gücü olduğu vurğulanan toplantıda yerli və milli texnologiyaların çətin kvalifikasiya proseslərində qazandığı uğurlar və təhlükəsizlik qüvvələrinin inventarına verilən strateji töhfələr ətraflı izah olunub.
Mercandan qiymətləndirmə
Açıqlamada fikirlərinə yer verilən Burak Mercan bildirib ki, 2025-ci il “Altınay Savunma”nın mühəndislik dərinliyini və əməliyyat çevikliyini bir daha sübut etdiyi dövr olub.
“Əsas motivasiyamız yalnız platformalara alt sistem təmin etmək deyil, orijinal, yenilikçi və oyun dəyişdirən texnologiyalarla qlobal bazarda rəqabət aparan aktor olmaqdır”, - deyə o bildirib.
Strateji vizyon və hədəflər
Mercan qeyd edib ki, 2025-ci ildə əldə etdikləri maliyyə nəticələri strateji vizyonlarının sahədəki ən aydın əksidir.
“Mühəndislikdə sahib olduğumuz güclə qlobal miqyasda strateji dəyər yaratmağı hədəfləyirik. Qarşıdakı dövrdə də maliyyə intizamımızdan güzəştə getmədən, ölkəmizin tam müstəqil müdafiə sənayesi hədəfləri istiqamətində təhlükəsizlik qüvvələrimizin sahədəki üstünlüyünü artıracaq həllər hazırlamağa və sərmayəçilərimiz üçün davamlı dəyər yaratmağa qətiyyətlə davam edəcəyik”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az