Livanın baş naziri Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşəcək

2026/04/1775143549.jpg
Oxunub: 329     15:00     21 Aprel 2026    
Livanın baş naziri Nəvaf Salam Lüksemburqa gəlib.

Ordu.az xəbər verir ki, o, burada Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri üçün Livanda yaranmış vəziyyətlə bağlı brifinq keçirəcək.

İsraillə danışıqların yeni mərhələsinə hazırlıqla yanaşı, Avropa İttifaqı Livanın ərazi bütövlüyünün vacibliyini bir daha vurğulamaq niyyətindədir. Müzakirələrin gündəliyində ölkəyə göstərilən humanitar yardım məsələsi də var.

Bundan əlavə, Avropa İttifaqının xarici işlər nazirləri Avropa İttifaqı-İsrail münasibətlərini müzakirə edəcəklər. Belçikanın xarici işlər naziri Maksim Prevo İsrailin Livandakı hərəkətlərini “tamamilə qəbuledilməz” adlandırıb və gücün “qeyri-mütənasib” tətbiq edildiyini bəyan edib.

İspaniya, Sloveniya və İrlandiya yenidən Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinə yenidən baxılmasının tərəfdarı kimi çıxış edirlər. Avropa İttifaqı İsrailin əsas ticarət tərəfdaşlarından biri olaraq qalır, sazişdə mümkün dəyişikliklərlə bağlı müzakirələr isə artıq uzun müddətdir uzanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan    


Bizi "telegram"da izləyin