Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Belə təşəbbüslə Ehtiyatda Olanlar Birliyinin rəhbəri Bastian Ernst çıxış edib. O, hazırkı 65 yaş həddinin əvəzinə 70 yaşın müəyyən edilməsini təklif edib və bunu müasir insanların fiziki və peşə bacarıqlarını daha uzun müddət qoruması ilə əsaslandırıb.
Bu təklif Almaniyanın Müdafiə Nazirliyinin planları ilə uyğunluq təşkil edir. Həmin planlara əsasən, 2035-ci ilə qədər ordunun sayının 260 minə, ehtiyat qüvvələrin sayının isə təxminən 200 minə çatdırılması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az