ABŞ və Kuba adada iqtisadi islahatları müzakirə ediblər

2026/04/1776484038.jpg
Oxunub: 433     08:54     21 Aprel 2026    
ABŞ və Kuba nümayəndələri arasında aparılan danışıqlar zamanı Amerika tərəfi adada genişmiqyaslı iqtisadi islahatlar məsələsini qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə "NewsNation" jurnalisti Kelli Meyer ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, görüş zamanı rəqabət qabiliyyətini artırmaq, xarici investisiyaları cəlb etmək və özəl sektorun inkişafı imkanlarını genişləndirmək məqsədilə Kubanın iqtisadi və inzibati sahələrində ciddi islahatların aparılmasının zəruriliyi müzakirə edilib.

Bundan əlavə, Meyerin qeyd etdiyi kimi, ABŞ nümayəndələri Starlink peyk rabitə sisteminin Kubaya daxil olmasına icazə vermək təşəbbüsü ilə çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin