Yaponiyada təlim zamanı tank partlayıb, üç hərbçi ölüb

2026/04/1776746744.jpg
Oxunub: 482     07:34     21 Aprel 2026    
Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hidzyuday poliqonunda atış təlimi zamanı tank partlayıb, ən azı üç hərbçi həlak olub

Ordu.az xəbər verir ki, bu barədə "Fuji TV" məlumat verib.

Qeyd olunub ki, iki hərbçinin öldüyü təsdiqlənib, digəri isə ürək-ağciyər dayanması vəziyyətindədir.

Yaponiyada klinik ölüm üçün istifadə olunan bu termin qanunla yalnız tibb işçiləri tərəfindən təsdiqlənə bilər, xilasedicilər tərəfindən yox.

Digər bir qadın əsgər xəstəxanasına aparılıb. "TBS"in məlumatına görə, təlim məşqi zamanı tankın içində mərmi partlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Tank  


Bizi "telegram"da izləyin