ABŞ Braziliyanın təhlükəsizlik attaşesindən ölkəni tərk etməsini tələb edib

2026/03/1773212137.jpg
Oxunub: 418     04:53     21 Aprel 2026    
ABŞ hakimiyyəti Braziliyanın təhlükəsizlik attaşesi Marselo İvo de Karvalyodan ölkəni tərk etməsini tələb edib.

Ordu.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Braziliyadakı səfirliyi məlumat yayıb.

Amerika tərəfinin məlumatına görə, Mayamidə ABŞ immiqrasiya hüquq-mühafizə orqanları ilə əlaqələndirici kimi çalışmış de Karvalyo Braziliya kəşfiyyatının keçmiş rəhbəri Aleksandr Ramaquen ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkəni tərk etməlidir.

O, Braziliyadan qaçdıqdan sonra qısa müddətə ICE tərəfindən saxlanılıb və orada keçmiş prezident Jair Bolsonaro ilə birlikdə dövlət çevrilişi planlaşdırmaqda ittiham olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Braziliya  


Bizi "telegram"da izləyin