Rumıniyada ev dustağı olan Aleksandr Balan Moldovaya ekstradisiya olunacaq

2026/04/1776715400.jpg
Oxunub: 518     00:02     21 Aprel 2026    
Rumıniyanın Buxarest məhkəməsi aprelin 20-də Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Aleksandr Balan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.

Ordu.az-ın məlumatına görə, bu rəsmi Kişinyovun şikayəti əsasında baş tutub və A. Balan Moldovaya ekstradisiya olunacaq.

A. Balan vəzifədə olduğu müddətdə Moldovaya aid dövlət sirrinin Belarusa ötürməkdə ittiham olunur.

Qeyd edək ki, aprelin 15-də Kişinyovun Buyukani sektor məhkəməsi dövlət sirrinin yayılması işi üzrə Balanı qiyabi olaraq bir il altı ay müddətinə azadlıqdan məhrum edib. Həbs qərarı çıxana qədər Balan ev dustağı idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Moldova  


Bizi "telegram"da izləyin