İranın “Buşehr” atom elektrik stansiyasında cəmi 24 nəfər qalıb - “Rosatom”

2026/03/1774254521.jpg
Oxunub: 461     23:59     20 Aprel 2026    
“İranın “Buşehr” atom elektrik stansiyasından “Rosatom”un 600-dən çox əməkdaşının təxliyəsi başa çatıb, ölkədə cəmi 24 nəfər qalıb”.

Ordu.az xəbər verir ki, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçov deyib.

“Ərazidə yalnız könüllülər, 20 nəfər “Buşehr” atom elektrik stansiyasında, dörd nəfər isə birbaşa Tehranda qalıb. Onların vəzifəsi infrastrukturun qorunması və bütün tikinti işlərini dayandırmış yerli sifarişçi ilə əlaqənin saxlanılmasıdır”. -d eyə o qeyd edib.

İranın “Buşehr” atom elektrik stansiyası dörd dəfə, martın 7-də, martın 24-də, martın 27-də və aprelin 4-də hücuma məruz qalıb. Son zərbə, Lixaçovun sözlərinə görə, “stansiyanın fiziki təhlükəsizlik perimetrinə ciddi zərbə vurub”, iranlı təhlükəsizlik əməkdaşı öldürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosatom   Buşehr  


Bizi "telegram"da izləyin