Macarıstanın gələcək Baş naziri Zelenskiyə şantaj yoluna getməməyi tövsiyə edib

2026/04/1776709163.jpg
Oxunub: 581     22:16     20 Aprel 2026    
“Mən Ukrayna prezidentinə deyə bilərəm ki, bu, oyun deyil. Əgər “Drujba” boru kəməri neft daşımaq üçün uyğundursa, onda onu açın, vəd etdiyimiz kimi, biz də ruslardan xahiş edəcəyik ki, həmin boru kəmərini o neftlə doldursunlar, çünki onlar olmadan heç nə işləməyəcək”.

Ordu.az xəbər verir ki, bunu “Tisa” partiyasının lideri və Macarıstanın gələcək Baş naziri Peter Macar bildirib.

“Bizim məlumatımız var ki, bu, yaxın günlərdə baş verə bilər. Mən Ukrayna prezidentinə şantaj yoluna getməməyi məsləhət görərdim. Bunu təkcə Macarıstan deyil, Avropa da qəbul etməyəcək”, - deyə o qeyd edib.

Daha əvvəl Viktor Orban bildirmişdi ki, “Drujba” boru kəməri ilə neft nəqli bazar ertəsi bərpa oluna bilərdi, lakin bu hələ baş verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Macar   Zelenski  


Bizi "telegram"da izləyin