Ordu.az xəbər verir ki, ABŞ donanması “Trident II” raketlərini modernizasiya etmək qərarı qəbul edib.
Sözügedən proqram çərçivəsində ballistik raketin inkişaf işlərinin davam etdirilməsi üçün “Lockheed Martin” şirkəti ilə 850 milyon dollarlıq müqavilə imzalanıb. “Trident II” (D5) Ömür Uzatma 2” proqramı çərçivəsində həyata keçiriləcək inkişaf fəaliyyəti raketin 2050-ci ildən sonrakı baxışına xidmət edəcək şəkildə planlaşdırılıb. “The Jerusalem Post” tərəfindən yayımlanan xəbərə görə, ABŞ hökuməti razılaşmaya şirkətin layihə müddətində maliyyə itkisi yaşamamasını təmin edən maddə əlavə edib. Bundan başqa, modernizasiya işlərinin vaxtında başa çatdırılması halında əlavə təşviq ödənişinin verilməsi də qərara alınıb.
Raketin ilk əməliyyat ömür uzatma işləri 2017-ci ildə başa çatdırılıb və modernizasiya planları 2040 baxışı istiqamətində nəzərdən keçirilib.
Əslində xidmət müddətinin sonuna yaxınlaşan D5 ABŞ-nin yeni nəsil “Columbia” sinfinə məxsus sualtı qayıqları ilə inteqrasiya olunması üçün yenidən modernizasiya prosesinə cəlb olunub. Ötən il Atlantik okeanında “Ohio” sinfinə məxsus sualtı qayıqdan həyata keçirilən buraxılış sınağında raket performans, hədəfi dəqiq vurma, etibarlılıq və düzgünlük baxımından uğurlu nəticələr göstərmişdi. Raketin son sınaq uçuşu sentyabr ayında Florida sahillərində həyata keçirilib və 197-ci uğurlu sınaq uçuşu kimi qeydə alınıb.
ABŞ donanmasının bel sütunu
Çəkindirmə baxımından ABŞ donanmasının ən təsirli silah güclərindən birini təşkil edən “Trident II D5” ballistik raketi 2500 ilə 11500 kilometr mənzil aralığına malikdir. Üç ayrı itki bölməsi ilə işləyən raket hər mərhələdə yanacağı bitdikdə növbəti mərhələyə keçərək daha uzaq mənzildəki hədəfləri məhv edə bilir.
Digər tərəfdən, raketin malik olduğu bərk yanacaqlı hərəkət sistemi yüksək etibarlılıq və sabit itki təmin edərək sistemin sürət baxımından performansını dəstəkləyir. Bundan başqa, tərkibində ayrı düşmən hədəflərini vurmaq üçün hazırlanmış iki və ya daha çox döyüş başlığı (MIRV) daşıyan raket bir quruluş daxilində səkkiz fərqli hədəfə yönələ bilir. 90 metrlik CEP göstəricisi ilə hədəfləri yüksək dəqiqliklə məhv edə bilir.
“Trident II” (D5) Ömür Uzatma 2” proqramı köhnələn sistemləri yeniləməyi və təmir edilməli texniki qabiliyyətləri yeniləyərək sözügedən raketin ömrünü 2080-ci illərə qədər uzatmağı hədəfləyir. Bundan başqa, qabaqcıl naviqasiya qabiliyyətləri sayəsində daha aşağı xəta payı ilə buraxılış həyata keçirməsi nəzərdə tutulur.
Digər tərəfdən, fərqli döyüş başlıqları ilə uyğunluğu artırılan raket yeraltı sığınacaqları və obyektləri vura bilən döyüş başlıqları ilə inteqrasiya edilə biləcək şəkildə modernizasiya olunub. 1960-cı illərdən etibarən sistemli şəkildə inkişaf etdirilən altı fərqli sualtı qayıq raketi konsepsiyasının bir hissəsi olan D5 sualtı qayıqdan buraxılan raketlər arasında ən etibarlı sistemlərdən biri kimi qəbul edilir.
Sevinc Əliyeva
Ordu.az