Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hadisə ilə tanış olan mənbə “Mediazona”ya bildirib ki, saxlanılanlar arasında həm İsrail və Rusiya ikili vətəndaşlığı olan şəxslər, həm də Rusiya pasportu olmayan israillilər olub.
Bundan sonra İsrail vətəndaşları dindirilməyə başlanıb. Onlardan azı bir neçəsi İrana qarşı hərbi əməliyyatlarda iştirak etməkdə ittiham olunub. Söhbət zamanı saxlanılanlara bildirilib ki, İran Rusiyanın müttəfiqidir, İranın düşməni isə “bizim də düşmənimizdir”. Təhlükəsizlik xidməti nümayəndələri İsrail vətəndaşlarının Moskvaya gəlməsindən “narazı olduqlarını” və onların “Rusiya Federasiyasına əbəs yerə gəldiklərini” deyiblər.
Saxlanılmadan təxminən beş saat sonra İsrail vətəndaşları “xəbərdarlıqlar” olan sənədləri imzaladıqdan sonra buraxılmağa başlanıblar. Ehtimal olunur ki, söhbət onlara “qanunu pozmağın yolverilməzliyi” barədə məlumat verən sənəddən gedir.
Sevinc Əliyeva
Ordu.az