Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.
"ABŞ-nin qanunları pozan davranışı və rəhbərlərinin ziddiyyətli mövqeləri bəyan edilmiş diplomatiya ilə uzlaşmır və İran qarşı tərəfin addımlarını izləyərək, öz maraqlarının və milli təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görəcək", - Əraqçi bildirib.
Bu telefon danışığı zamanı Əraqçi rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ tərəfindən atəşkəs rejiminin davamlı pozulması barədə məlumatlandırıb. Söhbət əsnasında regionda sülh və sabitliyin bərpasına kömək etmək istiqamətində İran ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.
***
Rusiya xarici işlər naziri Sergey Lavrov 2026-cı il aprelin 20-si İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əraqçi Lavrova İslam Respublikasının ABŞ-nin atəşkəsi pozması, o cümlədən Hörmüz boğazının qanunsuz dəniz blokadası və İran konteyner gəmisinin ələ keçirilməsi ilə bağlı mövqeyini təqdim edib.
Rusiya tərəfi atəşkəsin qorunmasının vacibliyini bir daha təsdiqləyib. Bildirilib ki, atəşkəs pakistanlı vasitəçilərin təşəbbüsü ilə əvvəlcədən razılaşdırılmış və elan edilmiş parametrlər çərçivəsində saxlanılmalıdır. Tərəflər nəzarətdən çıxan eskalasiyanın və silahlı toqquşmanın yenidən başlanmasının qarşısını almaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Rusiya tərəfinin İranla Fars körfəzinin ərəb dövlətləri arasında qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına töhfə verməyə hazır olduğu təsdiqlənib. İran tərəfi isə yuxarıda qeyd olunan su yolu ilə Rusiya gəmilərinin və yüklərinin maneəsiz keçidini təmin etmək üçün əlindən gələni etməyə hazır olduğunu təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az