İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının rəhbəri Abbas Məscədi bildirib ki, İran İslam Respublikasına qarşı ABŞ-nin və İsrail rejiminin başlatdığı son “təcavüz” nəticəsində 3375 nəfər həlak olub.
Ordu.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Təşkilat rəhbəri bildirib: “Müharibənin başlanmasından etibarən həlak olanların ümumi sayı 3375 nəfərə çatıb. Onlardan 2875-i kişilər, 496-sı isə qadınlardır. Hazırda dörd cəsəd aldığı xəsarətlərin ağırlığı səbəbindən tanınmayıb”.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: