Pezeşkian: "ABŞ İranın təslim olmasını istəyir"

2026/03/17723-1773989433.jpg
Oxunub: 585     20:07     20 Aprel 2026    
İran ABŞ hökumətinə güvənmir.

Ordu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"Öhdəliklərə sadiqlik istənilən dialoqa haqq qazandıran məntiqdir", - o bildirib və əlavə edib ki, İranda ABŞ hökumətinin əvvəlki addımlarına qarşı dərin kök salmış tarixi etimadsızlıqdan əlavə, Amerika rəsmilərinin son günlərdəki qeyri-konstruktiv və ziddiyyətli yanaşması özündə acı bir mesaj daşıyır:

"Onlar İranın təslim olmasını tələb edirlər, İran xalqı isə təzyiqə baş əymir".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ   İran  


Bizi "telegram"da izləyin